Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Biz insanıq, kiminsə malı deyilik!”
 
						“Biz insanıq, kiminsə malı deyilik!”
Əlavə olunub: 04.05.2025 | 05:44 | Baxılıb: 2995
“ABŞ administrasiyasının rəsmilərinin Qrenlandiyalılara qarşı bəyanatları hörmətsizlikdən xəbər verir”.

“sirin.az"in EFE agentliyinə istinadən məlumatına görə, bunu Qrenlandiyanın gələcək Baş naziri Yens-Frederik Nilsen deyib.

“Biz insanıq, kiminsə alınacaq malı deyilik. Həmişə əməkdaşlıqdan danışmaq mümkündür, ancaq ilhaqdan danışmaq qəbuledilməzdir. Bu, hörmətsizlik əlamətidir”, - deyə o bildirib.

Nilsen ABŞ dövlət katibi Marko Rubio Qrenlandiyalıların Danimarkadan müstəqillik istəməsi, ABŞ-nin müdaxiləyə və onlara assosiasiya təklif etməyə hazır olması ilə bağlı fikrlərini də şərh edib:

“O, haqlıdır ki, Qrenlandiya Danimarkanın tərkbində olmaq istəmir. Bununla belə, Qrenlandiya da Amerikanın da olmaq istəmir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.