Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”
 
						“Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”
Əlavə olunub: 04.28.2025 | 15:44 | Baxılıb: 1290
“Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur”.

“sirin.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirib.

Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlət başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib: “Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.