Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
BMT-də Fransanın müstəmləkəçilik altındakı ərazilərdə hüquq pozuntularına diqqət çəkdi
 
						BMT-də Fransanın müstəmləkəçilik altındakı ərazilərdə hüquq pozuntularına diqqət çəkdi
Əlavə olunub: 03.15.2025 | 18:40 | Baxılıb: 1255
Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında növbəti çıxışlarını edib.

“sirin.az” xəbər verir ki, BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən A.Abbasov Fransanın müstəmləkəçilik altındakı ərazilərində, xüsusilə də Reyunyon, Kanaki, Qvadelupa, Martinik, Fransız Polineziyası, Korsika, Mayot və Fransız Qvianasında yaşayan uşaqlara qarşı zorakılıq və hüquq pozuntularına diqqət çəkib.

BTQ-nin rəhbəri BMT-nin Uşaq Fondunun 2020-ci və 2023-cü illərdə mövzu ilə bağlı yaydığı hesabatlarında öz əksini tapmış statistik məlumatları tədbir iştirakçılarına təqdim edib.

Bu xüsusda, o, BMT-nin Uşaq Hüquqlarının qorunmasına dair Konvensiyasını və Palermo Protokolunun icra edilməsinin əhəmiyyətini vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.