
“sirin.az” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Rio-de-Janeyroda “Containment” adlı əməliyyata start verilib. Bu əməliyyat şəhər tarixində ən böyük təhlükəsizlik əməliyyatı hesab olunur.
Əməliyyat Braziliyanın ən köhnə və ən güclü narko qrupu “Comando Vermelho”ya (CV) qarşı yönəlib. Sözügedən qrup uzun illərdir narkotik alveri, silah qaçaqmalçılığı və favelalarda, eləcə də digər ştatlarda ərazi nəzarəti ilə məşğul olur.
Məlumata görə, əməliyyata 2500 polis əməkdaşı, 32 zirehli texnika, helikopterlər və dronlar cəlb edilib. Polis qüvvələri favelalara daxil olarkən ağır toqquşmalar baş verib. Rəsmi məlumatlara əsasən, əməliyyat zamanı 64 nəfər həlak olub – onlardan 60-ı cinayətkar, 4-ü isə polis əməkdaşıdır. Bundan əlavə, 8 polis və 3 mülki şəxs yaralanıb.
Bəzi yerli mənbələr ölənlərin sayının 100-dən çox ola biləcəyini bildirir.