“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb.
Bildirilib ki, sözügedən vəzifəyə Gavin Tarbard təyin edilib.
“Biz komandir-leytenant Gavin Tarbardın Azərbaycana ilk Böyük Britaniya Rezident hərbi attaşesi kimi gəlişini məmnuniyyətlə elan edirik. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi addımdır və bizim müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”, - deyə paylaşımda qeyd edilib.