Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu, acı həqiqətdir” - Mask
 
						“Bu, acı həqiqətdir” 
							 - Mask
Əlavə olunub: 04.20.2025 | 09:21 | Baxılıb: 3595
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin öz əzəli dəyərlərini itirə biləcəyini bildirib.

“sirin.az” xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

O, milyarder Bill Ekmanın Birləşmiş Ştatlara qanunsuz miqrant axınının ölkənin fundamental prinsiplərinə təhlükə yaratdığına dair fikirlərini dəstəkləyib.

B. Ekman paylaşımında qeyd edib ki, ABŞ milyonlarla qanunsuz miqrasiyanı heç bir ciddi yoxlama olmadan qəbul edir və onların ölkədən çıxarılması üçün uzun və mürəkkəb məhkəmə prosesləri tələb olunur. Onun sözlərinə görə, bu hal ABŞ-nin qorumağa borclu olduğu demokratik dəyərlərin sarsılmasına səbəb ola bilər.

İlon Mask bu fikirlərə cavab olaraq qısa olaraq “Bu, acı həqiqətdir”, - yazıb.

Qeyd edək ki, ABŞ bir neçə ay ərzində miqrantlarla mübarizəyə 300 milyon dollardan çox pul xərcləyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.