Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu çaylarda sululuq artıb
 
						Bu çaylarda sululuq artıb
Əlavə olunub: 04.28.2025 | 10:22 | Baxılıb: 1239
Bəzi çaylarda sululuq artıb.

“sirin.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.