Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazilərə yağış yağıb
 
						Bu ərazilərə yağış yağıb
Əlavə olunub: 04.30.2025 | 10:31 | Baxılıb: 1075
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.

Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.