Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazilərə yağış yağır
 
						Bu ərazilərə yağış yağır
Əlavə olunub: 03.24.2025 | 10:47 | Baxılıb: 1331
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Lerikdə 4, Oğuz və Qəbələdə 3, Şəkidə 2, Şabran, Xaçmaz, Şahbuz, Daşkəsən, Balakən, Yevlax, Neftçala, Biləsuvar və Yardımlıda 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 24, Qusarda (Laza) 14, Qubada 12, Qaxda (Sarıbaş) 10, Şahdağda 8, Altıağac və Qobustanda 4, Xınalıqda 2, Xaltanda 1 sm-dir.

Martın 23-də saat 21:30-21:37 radələrində Ağsu rayonuna diametri 6 mm olan dolu düşüb.

Şamaxı, Qobustan, Şəki, Quba, Qusar, Qrız, Yevlax, Beyləqan, Lerik və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 4, dağlıq rayonlarda isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.