Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 08:10 | Baxılıb: 726
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

“sirin.az” xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan - Küveyt, Qazaxıstan - Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya - Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.

Yevlaxda boks, Xankəndidə isə oxatma yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.