Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.23.2025 | 21:31 | Baxılıb: 3602
“Budapeştdə keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlıqsız yanaşmaq səhv addım olar”.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Coğrafiya Cəmiyyətinin konqresində çıxışı zamanı deyib.

O bildirib ki, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır:

“Buna yüngül yanaşmaq və gözlənilən nəticələr olmadan getmək həm mənim, həm də Amerika prezidentinin səhvi olar”.

Qeyd edək ki, oktyabrın 22-də Donald Tramp Vladimir Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv edildiyini açıqlayıb.  Bununla belə Tramp Putinlə gələcəkdə görüşün mümkünlüyünü də istisna etməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.