
“sirin.az” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, ali hərbi rütbələr verilən hərbi qulluqçular aşağıdakılardır:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Kənan Əlihüseyn oğlu Seyidova;
general-mayor Ağamir Əzizxan oğlu Sultanova.
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə;
polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə;
polkovnik Anar Tofiq oğlu Hüseynova;
polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova.
“kontr-admiral” ali hərbi rütbəsi
1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.