“sirin.az” xəbər verir ki, bu haqda o, “Bild” nəşrinə müsahibəsində deyib.
İ. Hersoq bildirib ki, lakin İslam Respublikasında hökuməti devirmək İsrailin məqsədi deyil:
“Biz bu təhlükəni aradan qaldırmalı idik və etdiyimiz də budur. Bizim İranın ali lideri Ayətullah Xamenei və ya rejim dəyişikliyinə qarşı heç bir məqsədimiz yoxdur”.
Bununla belə, İsrail dövlət başçısı qeyd edib ki, Xameneinin aradan qaldırılması uzunmüddətli perspektivdə İran xalqına “faydalı” olacaq “yan təsir” ola bilər.