Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi
 
						Bu ölkə ilə viza rejiminin ləğvi təsdiqləndi
Əlavə olunub: 05.30.2025 | 13:14 | Baxılıb: 5314
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi təsdiqlənib.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunması ilə bağlı ötən ay Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Saziş imzalanıb.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.