Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ölkə İran-İsrail münaqişəsinə qoşulacaq
 
						Bu ölkə İran-İsrail münaqişəsinə qoşulacaq
Əlavə olunub: 06.22.2025 | 14:14 | Baxılıb: 9835
Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu açıqlayıb.

“sirin.az” xəbər verir ki, bu haqda Yəmən husiləri “X” sosial şəbəkəsində yazıb.

“Yəmən rəsmən müharibəyə girəcək. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun”, - paylaşımda qeyd olunub.

Yəmən hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Buheiti “Əl-Cəzirə” telekanalına müsahibəsində hərəkatın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyə hazır olduğunu təsdiqləyib. O bildirib ki, ABŞ və Yəmən üsyançıları arasında atəşkəs sazişinin müddəti başa çatıb.

“Birinci mərhələ Qırmızı dənizdə Amerika qüvvələrinə hücum olacaq”, - deyib.

O, əlavə edib ki, husilər İrana qarşı hücum dayanana qədər münaqişənin miqyasını genişləndirəcəklər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.