
“sirin.az” xəbər verir ki, qanun layihəsi parlamentdə sağçı partiyaların dəstəyi ilə qəbul olunub. Solçu partiyalar isə qərarı kəskin tənqid ediblər.
Əsas müxalifət partiyası SİRİZA bu qanunu “Orta əsrlərə qayıdış” adlandırıb. Partiya nümayəndələri bildirib ki, bu addım işçi hüquqlarının açıq şəkildə pozulmasıdır.
Yeni qaydaya görə, iki və daha çox əməkdaşı olan iş yerləri bəzi günlərdə əlavə ödənişlə 13 saatlıq iş rejimi tətbiq edə biləcəklər. Halbuki hazırda Yunanıstanda rəsmi iş günü 8 saatdır. Xüsusi hallarda bu müddət 11 saata qədər uzadıla bilər.
Digər müxalif partiya PASOK isə daha sərt reaksiya verərək belə deyib: “13 saatlıq iş rejimi təsadüfi deyil. Bu, işçilərin hüquqlarını zəiflədən zəncirin növbəti halqasıdır”.