Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 17:12 | Baxılıb: 2585
Moldova Xarici İşlər və Mədəniyyət nazirlikləri ölkədə “Rus Evini bağlamaq üçün bütün sənədləri hazırlayıb. 

“sirin.az” “Moldova 1” telekanalına istinadən xəbər verir ki, sənədlər yeni hökumət formalaşdırıldıqdan sonra təsdiq ediləcək.  

“Mərkəzin əsasında fəaliyyət göstərdiyi saziş 1998-ci ildə iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri tərəfindən imzalanıb. XİN və Mədəniyyət Nazirliyindən olan həmkarlarımız bu sazişin müddətinin uzadılmaması üçün bütün zəruri materialları hazırlayıblar”, - Moldova Baş nazirinin müavini - xarici işlər naziri Mixay Popşoy deyib.

Nazirin sözlərinə görə, prosedur tamamlandıqdan sonra sazişin müddətinin avtomatik uzadılmasını dayandırmaq üçün Rusiya tərəfi məlumatlandırılacaq.

Xatırladaq ki, Moldova XİN bu ilin fevralında mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə Rusiya ilə imzalanmış sazişdən çıxdığını bəyan edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.