“sirin.az” xəbər verir ki, bu haqda “Flightradar” beynəlxalq təyyarə izləmə xidməti bildirib.
“Uçuş marşrutu məlumatlarına və hava hərəkətinin idarə edilməsi ilə radio rabitəsinin audio yazılarına əsasən, BƏƏ-nin hava məkanı hazırda bağlıdır”, - xidmətin “X” səhifəsində qeyd olunub.
***
Küveyt də hava məkanını bağladığını açıqlayıb.
***
Misirin “EgyptAir” dövlət aviaşirkəti regionda baş verən hadisələr fonunda Fars körfəzi ölkələrinə bütün reysləri ləğv etmək qərarına gəlib.
***
Bəhreyn, BƏƏ, Küveyt və Qətər hava məkanlarını açıblar.