Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ölkələrlə sərhəd demarkasiya işləri aparılıb
 
						Bu ölkələrlə sərhəd demarkasiya işləri aparılıb
Əlavə olunub: 03.14.2025 | 11:20 | Baxılıb: 1197
2024-cü ildə Rusiya ilə dövlət sərhədində demarkasiya işləri davam etdirilib, yüksək dağlıq ərazilərdə dövlət sərhəd xəttinin keçdiyi yerlər müəyyən edilib, 6 nöqtədə yeni sərhəd nişanı quraşdırılıb, 2 nöqtədə sərhəd nişanı bərpa olunub və 9 nöqtədə sərhəd nişanının quraşdırma yerləri müəyyənləşdirilib.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, aparılmış demarkasiya işləri nəticəsində Azərbaycan-Rusiya dövlət sərhədi boyunca quraşdırılmış sərhəd nişanlarının ümumi sayı 193-ə (146 əsas, 47 köməkçi) çatdırılıb.

Hesabat dövründə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin 202,5 km-lik hissəsində (Zəngilan, Qubadlı rayonları və qismən Laçın rayonu) zəruri sərhəd infrastrukturu yaradılaraq müdafiə mövqeləri möhkəmləndirilib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.