Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək”
 
						“Bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək”
Əlavə olunub: 04.02.2025 | 12:12 | Baxılıb: 1125
“Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək”.

“sirin.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib.

Dövlət başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.

İlham Əliyev, həmçinin vurğulayıb ki, bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var: “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.