Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu, son yox, başlanğıcdır” - Prezidentin xüsusi nümayəndəsi
 
						“Bu, son yox, başlanğıcdır” 
							 - Prezidentin xüsusi nümayəndəsi
Əlavə olunub: 03.26.2025 | 22:00 | Baxılıb: 7075
“Ermənistanı razılaşmaya getməyə təşviq edən nüanslardan biri bu fürsətin daimi olmayacağıdır. Onu əldən vermək səhv olardı”.

 “sirin.az” “Perfil”ə istinadən xəbər verir ki, bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, yekunlaşan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır:

“Bu müqavilə son yox, başlanğıcdır. Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur. Biz Qafqazın daha firavan və dinc gələcəyinə dair ümumi baxışla irəliləməliyik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.