Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu, Türkiyə və İraq kürdlərinə böyük fayda verəcək” - Hakan Fidan
 
						“Bu, Türkiyə və İraq kürdlərinə böyük fayda verəcək” 
							 - Hakan Fidan
Əlavə olunub: 04.08.2025 | 00:45 | Baxılıb: 3044
“PKK silahını yerə qoysa, bölgə ölkələri və xalqları böyük fayda görəcək”.

“sirin.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın UTV kanalına müsahibəsində deyib:

“Bu çağırışın qəbul edilməsini və təşkilatın öz liderinin tələb etdiyi kimi tərksilah olmasını istəyirik. Bu, Türkiyə və İraq kürdlərinə böyük fayda verəcək”.

Nazir terrorçuların Suriyada da tərksilah edilməsinin İsrailə hər hansı təhlükə törədib-törətməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Hesab edirəm ki, Suriya daxilində separatçı qruplara dəstək verən, yəni PKK-nın Suriyada işğalını davam etdirməsi və ya digər daxili qarşıdurmalara dəstək verən və sair yanaşma sağlam yanaşma deyil”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.