Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu vaxta kimi döyüşəcəyik” - Netanyahu
 
						“Bu vaxta kimi döyüşəcəyik” 
							 - Netanyahu
Əlavə olunub: 04.20.2025 | 11:09 | Baxılıb: 2900
İsrail Qəzza zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

“İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”, - deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini əlavə edib.

“Qəzzada HƏMAS-ı məhv edənə, bütün girovlarımızı qaytarana və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına əmin olana qədər müharibəni bitirməyəcəyik”, - Baş nazir bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.