Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu, vəzifəmdən uzaqlaşdırılmaq məqsədi daşıyır”
 
						“Bu, vəzifəmdən uzaqlaşdırılmaq məqsədi daşıyır”
Əlavə olunub: 04.04.2025 | 21:17 | Baxılıb: 4394
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldova hakimiyyətini siyasi təqibdə ittiham edib.

“sirin.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qutsul vəkilləri vasitəsilə yaydığı bəyanatda günahına dair sübutların olmadığını vurğulayaraq, cinayət təqibini onu nüfuzdan salmaq və vəzifədən uzaqlaşdırmaq cəhdi adlandırıb.

“Bu gün əsl məqsədi ədalət deyil, Qaqauziya xalqının mənə verdiyi mandatdan uzaqlaşdırılması olan iş üzrə daha bir məhkəmə iclası keçirilib”, - deyə o bildirib.

Qutsul həbsi “Qaqauziyanın səsini” boğmaq və qaqauz xalqını şəxsiyyət hüququndan məhrum etmək cəhdi kimi qiymətləndirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.