Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 12:02 | Baxılıb: 1468
“Dövlət büdcəsindən asılılığı olan yeganə rayonumuz Xocavənddir”.

“sirin.az” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Regionların büdcədən asılılığının azaldılması istiqamətində addımlar atılır. Əksər rayonlarımız öz gəlirləri ilə xərclərini təmin edirlər. Eyni zamanda, Naxçıvan MR-ə ödənilən dotasiyada ciddi şəkildə - 26% azalma var. Çünki Naxçıvanın artıq öz gəlirləri kifayət qədər artır. Bu, dotasiya rəqəmlərini biz 74 milyon manata qədər azalda bilərik. Dotasiyadan asılılığı olan yeganə rayonumuz Xocavənddir. Digər rayonlar öz xərclərini gəlirləri vasitəsilə qarşılaya bilirlər”, - nazir qeyd edib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.