Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bunun təşəbbüskarı özüm olacağam” - Paşinyan
 
						“Bunun təşəbbüskarı özüm olacağam” 
							 - Paşinyan
Əlavə olunub: 05.26.2025 | 11:02 | Baxılıb: 2735
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh müqaviləsini təsdiq etmədiyi halda, Ermənistan Konstitusiyasına dəyişikliklərin təşəbbüskarının şəxsən özü olacağını bildirib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə “Yerevan Dialogue” forumunda çıxışında danışıb.

“Biz müqaviləni Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Konstitusiyaya dəyişikliklərin edilməsinin təşəbbüskarı olacağam. Çünki hesab edirəm ki, sülhə nail olmaq imkanını əldən vermək olmaz”, - deyə Paşinyan qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.