Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 01:49 | Baxılıb: 7522
Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu Kral III Çarlzla görüşdən sonra bütün krallıq titullarını və nişanlarını qaytardığını açıqlayıb.

“sirin.az” xəbər verir ki, o, yayımladığı bəyanatda bu qərarın ailə və sarayla aparılan müzakirələrdən sonra qəbul edildiyini bildirib.

“Haqqımdakı ittihamların kral ailəsinin nüfuzuna kölgə saldığını düşündük. Buna görə mənə verilmiş titullardan, ən əsası da York hersoqu titulundan imtina edirəm”, – deyə o açıqlamasında söyləyib.

Endryu sadəcə “şahzadə” titulunu saxlayacağını diqqətə çatdırıb.

Xatırladaq ki, sözügedən qərar onun azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan və həbsdə intihar edən Ceffri Epşteynlə əlaqələri, eləcə də Çin kəşfiyyatına işləyən bir şəxslə münasibətinin olmasına dair qalmaqallardan sonra verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.