“sirin.az” İran mətbuatına istinadən xəbər verir ki, Xamenei bu sözləri Ramazan bayramı münasibətilə xütbə zamanı deyib.
“Onlar nəsə pis iş görəcəkləri ilə hədələyirlər, lakin biz belə düşünmürük, hətta ehtimal azdır ki, onlar kənardan nəsə pislik edərlər. Amma etsələr belə, bizim cavabımız sərt olacaq. Əgər birdən ölkə daxilində üsyan qaldırmağa qərar versələr, o zaman İran xalqı özü onlara cavab verəcək”, - deyə o bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməyəcəyi təqdirdə İranın başına pis şey gələ biləcəyini deyib.