Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.05.2025 | 00:15 | Baxılıb: 2383
İngiltərə Premyer Liqasında VII turun mərkəzi oyunu keçirilib.

“sirin.az” xəbər verir ki, “Çelsi” öz meydanında son çempion “Liverpul”u qəbul edib. Görüş London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. Moyses Kaysedo 14-cü dəqiqədə “doqquzluğ”u dəqiq nişan alıb. Qonaqların heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Eştevau qoyub.

Bu nəticədən sonra “Liverpul” 15 xalla 2-ci, "Çelsi" 11 xalla 6-cıdır. Hər iki komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.