
“sirin.az” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, onların nəşləri Türk Silahlı Qüvvələrinə məxsus “A400M” tipli hərbi təyyarəyə yerləşdirilib. Məlumata görə, təyyarə yerli vaxtla saat 20:30-da Tbilisidən havaya qalxaraq Türkiyəyə doğru yola düşüb.
Xatırladaq ki noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olmuşdu.
***
Qəzada həlak olan 20 hərbçinin cənazəsini daşıyan Türkiyə Hava Qüvvələrinə məxsus təyyarə Ankara Mürted Hərbi Hava Bazasına eniş edib.
Məlumata görə, hərbçilərin nəşləri üzərində müvafiq ekspertiza və identifikasiya prosedurları həyata keçiriləcək. İşlər başa çatdıqdan sonra cənazələr sabah Ankarada keçiriləcək rəsmi vida mərasimindən sonra ayrı-ayrılıqda dəfn yerlərinə göndəriləcək.