
“sirin.az” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
UEFA-nın qərarına əsasən, görüşün baş hakimi Yovan Kaçevski təyin olunub. Ona Daniel Vasilevski, Aleksandar Gyorgyeski, Krumislav Gyorgiev (dördüncü hakim) köməklik göstərəcək.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karva şəhər stadionunda keçiriləcək.