Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ceyhun Bayramov həmkarı ilə danışdı
 
						Ceyhun Bayramov həmkarı ilə danışdı
Əlavə olunub: 05.22.2025 | 06:40 | Baxılıb: 618
Mayın 21-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.