Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ceyhun Bayramov Kaya Kallasla telefonla danışdı
 
						Ceyhun Bayramov Kaya Kallasla telefonla danışdı
Əlavə olunub: 08.11.2025 | 21:13 | Baxılıb: 853
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

“sirin.az” xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.

Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.