Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ceyhun Bayramov Küveytə getdi
 
						Ceyhun Bayramov Küveytə getdi
Əlavə olunub: 04.29.2025 | 19:40 | Baxılıb: 1088
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb.

“sirin.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.