Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cəzaçəkmə müəssisələri ilə bağlı bu Fəaliyyət Planı təsdiqləndi
 
						Cəzaçəkmə müəssisələri ilə bağlı bu Fəaliyyət Planı təsdiqləndi
Əlavə olunub: 06.25.2025 | 13:04 | Baxılıb: 1200
“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

“sirin.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, onun icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.