Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Çin Trampa cavab verdi - 84% - Yenilənib
 
						Çin Trampa cavab verdi 
							 - 84% - Yenilənib
Əlavə olunub: 04.09.2025 | 15:23 | Baxılıb: 7354
“Çin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın 104 faiz həcmində gömrük rüsumlarına cavab olaraq qətiyyətli tədbirlər görəcək”.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Çzyan açıqlayıb. 

“Qanuni hüquq və maraqlarımızın qoyunması üçün qətiyyətli və effektiv tədbirlər görməyə davam edəcəyik”, - deyə Çzyan qeyd edib. 

Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirib.

***

Çinin Maliyyə Nazirliyi ABŞ-dən idxal edilən məhsullara görə gömrük rüsumunu 34 faizdən 84 faizə qaldırır. 

Nazirliyin məlumatına görə, gömrük rüsumları aprelin 10-dan artırılacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.