Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Çin Trampa eyni cür cavab verdi - 34 faiz!
 
						Çin Trampa eyni cür cavab verdi 
							 - 34 faiz!
Əlavə olunub: 04.04.2025 | 15:33 | Baxılıb: 5260
Çin ABŞ-dən idxal olunan məhsullara 34 faizlik əlavə gömrük rüsumunun tətbiq edilməsi barədə qərar qəbul edib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Çinin Ticarət Nazirliyinə istinadən “The Global Times” yayıb. 

Bildirilib ki, bu barədə qərar daha əvvəl Vaşinqton tərəfindən Çindən ABŞ-yə idxal olunan məhsullara 34 faizlik tarifin təyin edilməsinə cavab olaraq qəbul edilib. 

Qərar aprelin 10-dan qüvvəyə minəcək. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 3-də bir çox ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər elan edib. Azərbaycanın da yer aldığı siyahıdakı ölkələr üçün baza səviyyəsində gömrük rüsumları 10 faiz təşkil edir. Bununla belə, Çin üçün bu tarif 34, Tayvan üçün 23, Avropa İttifaqı üçün isə 20 faiz təyin edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.