Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 19:50 | Baxılıb: 2242
“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

“sirin.az” xəbər verir ki, forvard Qazaxıstanın “Kayrat” komandası ilə səfərdə 5:0 hesabı ilə başa çatan matçda het-trik edib.

Belə ki, Mbappe 25, 52 və 74-cü dəqiqələrdə fərqlənib.

Fərdi mükafat üçün səsvermədə fransalı futbolçu “Mançester Siti”dən Erlinq Haalandı, “Bodo-Qlimt”dən Yens Petter Huqeni və “Napoli”dən Rasmus Hoylundu qabaqlayıb.

Qeyd edək ki, bu mövsüm Mbappe “Real Madrid” üçün bütün turnirlərdə 9 oyun keçirib, 13 qol vurub və bir məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.