
“sirin.az"in “Politico”ya istinadən məlumatına görə, aktrisanı Ukraynada müşayiət edən şəxslərdən biri Nikolayev vilayətinin hərbi komissarlığına aparılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Adı açıqlanmayan həmin şəxsin Colinin mühafizəçisi, yaxud sürücüsü olması ilə bağlı xəbərlər yayılıb.
Onun buraxılması üçün aktrisanın şəxsən hərbi komissarlığa getməli olduğu bildirilir.
Bununla yanaşı, ukraynalı mənbə aktrisanın öz səfəri barədə Ukrayna hökumətini məlumatlandırmadığını açıqlayıb.
Xatırladaq ki, bu, A.Colinin Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Ukraynaya ikinci səfəridir. Daha əvvəl, o, 2022-ci ildə Lvov şəhərinə getmişdi.
Hadisənin görüntülərini sizə təqdim edirik: