Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 11:31 | Baxılıb: 900
Azərbaycanın COP sədrliyini Braziliyaya təhvil verməsindən sonra da ölkənin iqlim diplomatiyasında fəal rolu qorunur. COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub.

“sirin.az” xəbər verir ki, bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycanla Braziliya COP29 və COP30 sədrlikləri kimi qlobal iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim etmişdi. 

COP-un iki sədrliyinin birlikdə hazırladığı bu “Yol xəritəsi” əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilib və müsbət qarşılanıb. Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul edilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub: 

COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar 

COP30-un sədri André do Lago Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevə və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Maurisio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksəksəviyyəli danışıqların aparılması səlahiyyətini verib.

Məlum olduğu kimi, COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndə intensiv şəkildə Avstraliya ilə Türkiyə arasındakı danışıqlara vasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.

COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədin razılaşdırılması

COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.