Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı
 
						Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı
Əlavə olunub: 06.23.2025 | 11:22 | Baxılıb: 628
Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.

“sirin.az” xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.

90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib.

81 kq çəki dərəcəsində Süleyman Şükürov, +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıblar.

Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq) gümüş medala, Nizami İmranov (66 kq) və Mehdi Cəfərov (73 kq) isə bürünc medala yiyələnib.

Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmamız 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.