Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 09:36 | Baxılıb: 1146
Ukrayna Silahlı Qüvvələri oktyabrın 22-si səhər saatlarında Mahaçqalaya zərbə endirib.

“sirin.az” xəbər verir ki, dronlarla həyata keçirilmiş hücumun təfərrüatını Rusiyanın “Mash” teleqram kanalı açıqlayıb.

Məlumata görə, Mahaçqala üzərində iki pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib. Onlardan biri müəssisələrdən birinin üzərində partlayıb, digəri isə içərisində heç kimin olmadığı tikilməkdə olan ticarət mərkəzinin binasına çırpılıb.

Yerli sakinlərin dronları avtomatla vurmağa çalışdığı bildirilir.

Partlamış PUA-ların qəlpələri avtomobilləri zədələyib.

Hadisə yerlərində xilasedicilər çalışır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.