Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dağlıq rayonlarda 11° şaxta var
 
						Dağlıq rayonlarda 11° şaxta var
Əlavə olunub: 03.04.2025 | 09:56 | Baxılıb: 781
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə bəzi dağlıq ərazilərə (Daşkəsən, Gədəbəy) qar yağıb.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Goranboyda 19 m/s, Tərtərdə 18 m/s, Kəlbəcər və Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şəkidə 15 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərərcəyədək isti , Naxçıvan MR-da 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 11 dərəcəyədək şaxta qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.