Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha 3 gün qar yağacaq - Xəbərdarlıq
 
						Daha 3 gün qar yağacaq 
							 - Xəbərdarlıq
Əlavə olunub: 02.27.2025 | 15:35 | Baxılıb: 13460
Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə “sirin.az”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.