Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
​​​​​​​Daha 5 itkin şəhidimiz dəfn olunacaq - Foto
 
						​​​​​​​Daha 5 itkin şəhidimiz dəfn olunacaq 
							 - Foto
Əlavə olunub: 05.15.2025 | 10:38 | Baxılıb: 4540
Daha 5 itkin şəhid mayın 16-sı dəfn ediləcək.

“sirin.az” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Məmmədov Yusif Mirzəli oğlu saat 12:00-da Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında, Rüstəmov Miriş Məhəmməd oğlu saat 14:00-da Ağcabədi şəhərində yerləşən Şəhidlər xiyabanında, Məmmədov Muxtar Bayram oğlu saat 12:00-da Şərur şəhərində yerləşən Şəhidlər xiyabanında, Abbasov Abuzər Tənzil oğlu saat 15:00-da Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında, Ərzumanov Elşən İsaməddin oğlu saat 13:00-da Quba şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.