Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir alman klubu Mahir Emrelini istəyir
 
						Daha bir alman klubu Mahir Emrelini istəyir
Əlavə olunub: 04.18.2025 | 12:40 | Baxılıb: 5040
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində daha bir klub maraqlıdır.

“sirin.az” Sportal.az-a istinadən xəbər verir ki, “Nürnberq”in forvardını 2-ci Bundesliqada çıxış edən “Herta” transfer etmək istəyir. Berlin təmsilçisi Emrelini bu yay heyətinə qatmaqda israrlıdır.

“Nürnberq” müqavilə müddətini artırmaq istəməsə, Mahir bu yay azad agent statusunu daşıyacaq. 

Qeyd edək ki, millimizin üzvü mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalamışdı. Onun komandası 29 turdan sonra 2-ci Bundesliqada 44 xalla 8-ci, “Herta” isə 37 xalla 12-ci pillədədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.