Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
 
						Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Əlavə olunub: 04.24.2025 | 19:30 | Baxılıb: 1727
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

“sirin.az” xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mükafat uğrunda görüşdə macarıstanlı Daniel Zeqedi ilə qarşılaşıb.

Rəqibinə qalib gələn R.Məmmədəliyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bununla da qitə çempionatında medal qazanan Azərbaycan cüdoçularının sayı ikiyə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) Avropa üçüncüsü olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.