Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 23:28 | Baxılıb: 1708
17 oktyabr tarixində “LOT Polish Airlines” aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən “Boeing 737” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

“sirin.az” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.

Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.

Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.