Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı
 
						Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı
Əlavə olunub: 04.25.2025 | 20:10 | Baxılıb: 1921
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 

“sirin.az"in məlumatına görə, Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə fransalı Aleksis Metyunu məğlub edib. 

Zelim Tçkayev (81 kq) isə üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana qalib gəlib. 

Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.