Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.20.2025 | 20:46 | Baxılıb: 7496
Xəbər verdiyimiz kimi, “Kəpəz”- “Qəbələ” matçından sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürovla azarkeşlər arasında gərgin anlar yaşanıb.

“sirin.az"in məlumatına görə, Adil Şükürov baş verən hadisəni oyun sonrası keçirilən mətbuat konfransında belə şərh edib:

“Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil. İstefaya göndərilməyim realdır. Yəqin ki, sağollaşacağıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.